Fransa millisinin sabiq üzvü Vissam Ben Yedder cinsi təcavüzdə şübhəli bilinərək şərti qaydada 2 il 6 ay həbs cəzası alıb.
\"Report\" \"RMC Sport\" agentliyinə istinadən xəbər verir ki, son mövsümü ölkəsinin \"Monako\" klubunda keçirən futbolçu 6,5 min avro məbləğində təzminat ödəməklə şərti 2 il yarım cəzaya məhkum olunub.
O, istirahət zamanı 21 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.
Qeyd edək ki, Ben Yedder 2023-cü ildə də eyni cinayətə görə polis tərəfindən saxlanılmışdı.