AZ

BMT rəsmisi: "Afrika qitəsi üçün enerji ilə bağlı kapital xərcləri ədalətsiz və qeyri-bərabərdir"

Afrika qitəsi üçün enerji ilə bağlı kapital xərcləri ədalətsiz və qeyri-bərabərdir.

"Ölkə.az" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibinin Davamlı Enerji üzrə xüsusi nümayəndəsi və "SEforALL" şirkətinin baş direktoru Damilola Ogunbiyi noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində təşkil olunmuş "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə bildirib.

"Daha vacib məqam isə kapitalın yerli valyutada olmasıdır. Çünki insanlar yerli valyuta ilə ödəniş edirlər. İqlim və enerji keçidindən danışarkən biz insanları və enerjiyə əlçatanlığı bu prosesin mərkəzinə qoymalıyıq. Afrika qitəsində enerji sahəsinə rekord məbləğdə investisiyalar qoyulsa da, bu, lobal sərmayənin yalnız 1,6 %-ni təşkil edir. Bu vəziyyət həm problem yaradır, həm də enerji təhlükəsizliyi üçün narahatlıq doğurur”, - deyə o qeyd edib.

Baş direktor diqqətə çatdırıb ki, Keniya, Nigeriya, Qana, Sierra Leone və bəzi ölkələrdə hökumətləri enerji keçidi və “yaşıl inkişaf” istiqamətində proseslərə cəlb etmək mümkün olub: “Bununla belə, qitədə kifayət qədər enerji resursu olmadığı üçün transformasiya haqqında danışmaq çətindir. Ancaq bu, həm də o deməkdir ki, biz birbaşa təmiz enerjidən başlaya bilərik, çünki ənənəvi enerjimiz onsuz da yoxdur”.

Seçilən
45
olke.az

1Mənbələr