AZ

Tokayevdən HƏYƏCAN TƏBİLİ: “Xəzər dənizi təhlükə altındadır”

“Bu gün Xəzər dənizi təhlükə altındadır. Dünyanın ən böyük gölünün xilası bizim ümumi problemimizdir və uzunmüddətli beynəlxalq əməkdaşlıq tələb edir”.

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Liderlərin Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

“Biz Prezident İlham Əliyevin Xəzəryanı ölkələrin Ekspertlər Qrupunun yaradılması təşəbbüsünü dəstəkləyirik.

Bununla yanaşı, Qazaxıstan Aral dənizinin qorunması üçün konkret addımlar atır. Biz qlobal iqlim gündəliyinə sadiqik. İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlıq olduqca vacibdir”, - Tokayev qeyd edib.

Bizim.Media

Seçilən
29
1
bizim.media

3Mənbələr