AZ

"Türkiyə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini elan edib"

Türkiyə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini elan edib.

Gundem.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29 Lider Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

"Biz 2024-2030-cu illəri əhatə edən iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma strategiyası fəaliyyət planlarımızı həyata keçirmişik. Birləşmiş Millətlər Təşkilatının 2026-cı il İqlim Dəyişikliyi Tərəflərinin 31-ci Konfransına ev sahibliyi etmək üçün namizədliyimizi elan etdik.Namizədliyimizi dəstəkləyən ölkələrə təşəkkür edirik. Bu mühüm zirvə görüşü münasibətilə əziz qardaşım İlham Əliyevi ürəkdən təbrik edirəm", - Ərdoğan bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
34
5
gundem.az

10Mənbələr