AZ

Qırğızıstan COP29-da qlobal birliyə və iqlimin maliyyələşdirilməsinin artırılmasına çağırdı

Image

Qırğızıstan Prezidenti Sadır Japarov iqlim dəyişikliyi ilə bağlı vahid qlobal fəaliyyətə və inkişaf etməkdə olan ölkələri iqlim problemlərinin həllində dəstəkləmək üçün innovativ maliyyələşdirmə mexanizmlərinə çağırıb.

Trend xəbər verir ki, o, bu çağırışı Bakıda keçirilən COP29 sammitində çıxışı zamanı edib.

İqlim dəyişikliyi ilə bağlı kəskin problemlər fonunda S.Japarov geosiyasi fərqlərdən asılı olmayaraq ölkələrin iqlim təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. "Biz iqlim dəyişikliyi ilə mübarizədə birləşməliyik", - deyı o bildrib və Paris Sazişinin məqsədlərinə çatmağın əlaqələndirilmiş qlobal səy tələb etdiyini vurğulayıb.

O, Qırğızıstanın yeni iqlimin maliyyələşdirilməsi məqsədini dəstəklədiyini ifadə edərək, inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi yardımını 2 trilyon dollara çatdırmağa və bu fondlara çıxışı yaxşılaşdırmağa çağırıb.





Seçilən
26
2
baki-xeber.com

3Mənbələr