AZ

Duma Moskvada itlərin kütləvi zəhərlənməsi barədə məlumat verib

...Dövlət Duması Moskvada itlərin kütləvi zəhərlənməsi hallarının artdığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dumanın Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsi rəhbərinin birinci müavini Vladimir Burmatov bununla bağlı Daxili İşlər Nazirliyinin paytaxt üzrə Baş İdarəsinə sorğu göndərib.

...Moskvanın bir sıra rayonlarında itlərə kütləvi hücum halları daha tez-tez baş verir. Sizdən bu hadisələrlə bağlı istintaq hərəkətlərinin aparılması, günahkarların müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün göstəriş verməyinizi xahiş edirəm.

Bunu rusiyalı deputat TASS-a bildirib.

O qeyd edib ki, Moskva videomüşahidə kameraları ilə təchiz olunub, buna görə də polis “cinayətkarları müəyyən etməkdə çətinlik çəkməyəcək”.

Burmatovun sözlərinə görə, cinayətlər qabaqcadan əlbir olan mütəşəkkil bir qrup şəxs tərəfindən törədilib.

Və yeri gəlmişkən, oktyabrın sonunda teleqram kanallarında Moskvanın Zyuzino rayonunda bir neçə itin zəhərlənərək reanimasiyada olması barədə məlumat yayılıb. RBC yazır ki, yerli sakinlər həblərlə doldurulmuş bir neçə qutu kolbasa tapıblar.

Əli Babayev

Seçilən
45
sia.az

1Mənbələr