AZ

"Təslim olmayın, öz azadlığınız və demokratiyanız uğrunda mübarizə aparın!.."

"Heç bir Rusiya arzusu yoxdur, Avropa arzusu var, siz Avropanın bir hissəsisiniz!.."
 
Avropalı deputatlar Tbilisidəki aksiyada çıxış edib
 
"Biz Avropayıq!" - bu şüar altında Tbilisinin mərkəzində, Gürcüstan parlamentinin qarşısında ölkənin Avropa gələcəyinə dəstək və parlament seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq növbəti aksiya keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Tbilisiyə gələn avropalı deputatların çıxışı mitinqin kulminasiyası olub. Avropa İttifaqının səkkiz ölkəsinin-Baltik ölkələri, habelə Finlandiya, Fransa, Almaniya, Polşa və İsveç deputatları oktyabrın 26-da keçirilən seçkilərdən sonra Tbilisiyə gəlib. Müxalifət seçkilərin nəticələrini tanımayıb.
 
Deputatlar etiraz aksiyasına prezident Salome Zurabişvili, habelə qeyri-hökumət təşkilatları və müxalifət fəalları ilə görüşdən sonra gəlib.
 
Avropalı qonaqlar hakim "Gürcü arzusu" partiyası liderləri ilə görüşə bilməyib, amma paytaxtın mərkəzində onlar gurultulu alqışlarla, Gürcüstanın və Avropa İttifaqının bayraqları ilə qarşılanıb.
 
Aksiyaya gələn deputatlardan bəziləri aksiya iştirakçılarına müraciət edərək Gürcüstanın Avropa İttifaqının üzvü olacağına əminliyini ifadə edib və bu yoldan dönməməyə çağırış edib.
 
"Öz azadlığınız, öz demokratiyanız, öz ölkəniz uğrunda, Avropa İttifaqı və NATO üzvlüyünüz uğrunda mübarizə aparın! Yadda saxlayın ki, Orbanın Avropa İttifaqında heç bir yeri yoxdur. Heç bir Rusiya arzusu yoxdur,  Avropa arzusu var, siz Avropanın bir hissəsisiniz!" - bunu səhnədən litvalı deputat, Avropa işləri üzrə parlament komitəsinin sədri Jiqimantas Pavilionis deyib.
 
Polşa Seyminin deputatı Mixail Kaminski öz çıxışında  xatırlayıb ki, o, Tbilsinin bu yerində Rusiya tankları Tbilisiyə yaxınlaşanda Polşa prezidenti Lex Kaçinski və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə birlikdə dayanıb. O, qeyd edib ki, o zaman, 2008-ci ildə Gürcüstan Rusiya təcavüzü ilə üz-üzə qalıb.
 
"Mən sizə demək istəyirəm ki, mənim azadlıq və sevgi dolu Avropa ölkəsi barədə əsl arzum olub. Bu, mənim gürcü arzumdur, bu, sizin gürcü arzunuzdur. Və siz qalib gələcəksiniz!" - o, deyib.
 
"Sizin seçkiləri oğurlamaq istəyənlər, sizin səslərinizi oğurlamaq istəyənlər, sizin azadlığınızı oğurlamaq istəyənlərin hamısı üçün biz ukraynalı əsgərlərin məşhur sözlərini təkrarlaya bilərik:
 
"Rus hərb gəmisi, cəhənnəm ol!" Bu, bizim Putinə cavabımızdır! Bu, bizim Rusiyaya cavabımızdır. Biz qalib gələcəyik! Gürcüstan Avropada olacaq!" - onun bu sözləri aksiya iştirakçılarının alqışları və dəstək şüarları ilə qarşılanıb.
Seçilən
36
moderator.az

1Mənbələr