AZ

Britaniya qoşunlarını Ukraynaya göndərə bilər, əgər Kiyev...

...Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynaya kömək üçün Britaniya qoşunlarının mümkün göndəriləcəyini açıqlayıb.

...ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kiyevə hərbi yardımı azaldacağı təqdirdə London belə bir tədbir görə bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Teleqraf” qəzeti yazır.

Conson hesab edir ki, Kiyevin məğlubiyyəti təhlükəsi yaranarsa, Böyük Britaniya bu müharibəyə birbaşa müdaxilə etməli olacaq.

Avropa öz təhlükəsizliyi üçün bu ssenarinin baş verməsinə imkan verməməlidir.

...Ukrayna yıxılarsa, o zaman biz öz sərhədlərimizdə, demokratiyaların Rusiya ilə təmasda olacağı Avropa sərhədlərində daha böyük təhlükə ilə üzləşəcəyik, - deyə keçmiş baş nazir bildirib.

...O, aydınlaşdırıb ki, Ukrayna məğlubiyyətinin ağır nəticələrini ilk növbədə Baltikyanı ölkələr və Gürcüstan hiss edəcək.

Bu, Sakit okean regionunu da silkələyəcək.

...Mən nə üçün ukraynalılara dəstək verməli olduğumuzu başa düşməyən insanlara müraciət etmək istəyirəm. Çünki əks halda bizim kollektiv təhlükəsizliyimiz daha güclü Rusiya tərəfindən pozulacaq və Avropanın bəzi hissələri risk altında olacaq.

Bunu deyən Conson, əlavə edib ki, belə bir fəlakətli ssenarinin qarşısını almaq üçün Ukraynaya Britaniya qoşunlarını göndərmək lazım gələ bilər.

...Bu, eyni Trampdır ki, Ukraynaya Javelinlərin tədarükünə icazə verərkən onun taleyinə böyük töhfə vermişdi. Əgər o, bunu etməsəydi, Kiyev uğrunda döyüş çox başqa cür bitə bilərdi.

Bunu da Conson bildirib.

Əli Babayev

Seçilən
62
sia.az

1Mənbələr