AZ

Ten Haq "Roma"nı çalışdıra bilər

Ötən ay "Mançester Yunayted"dən istefaya göndərilən Erik Ten Haq "Roma"nı çalışdıra bilər.

Bizim.Media "Romapress"ə istinadən xəbər verir ki, İtaliya klubu niderlandlı mütəxəssisi əsas namizədlərdən biri kimi görür.

Namizədlərdn biri isə Qrem Potterdir. Nəşr yazır ki, İvan Yuriçin uğursuz dönəmindən sonra "Roma" rəhbərliyi səhv etmək istəmir. Buna görə də onlar baş məqşçi seçimində tələsmirlər.

Qeyd edək ki, Ten Haq 2022-ci ilin aprelindən bu ilin oktyabr ayına qədər “Mançester Yunayted”in baş məşqçisi olub.

Onun rəhbərliyi altında komanda 2023-cü ildə Liqa Kubokunu və 2024-cü ildə İngiltərə Kubokunu qazanıb. Bu mövsüm isə “Mançester Yunayted” Premyer Liqada uğursuz mövsüm keçirdiyindən Ten Haq komandadan göndərilib.

Bizim.Media

Seçilən
8
1
bizim.media

2Mənbələr