AZ

Almaniyaya uçan təyyarədə HƏYƏCANLI ANLAR -Çox sayda xəsarət alan var

Almaniyanın “Lufthansa” aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankfurta uçan təyyarəsi güclü turbulentliyə (hava burulğanı - red) düşüb.

Bu barədə OXU24.COM  xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində 11 nəfər yaralanıb. Alman mətbuatının məlumatına görə, 39 sərnişini olan “Boeing 747-8” təyyarəsi Atlantika səması üzərində güclü turbulentliklə üzləşib. Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir.

Təyyarə endikdən sonra yaralılar xəstəxanaya göndərilib. “Lufthansa” səlahiyyətliləri heç bir uçuş təhlükəsizliyi probleminin olmadığını bildiriblər.

Seçilən
27
17
oxu24.com

10Mənbələr