AZ

İsrail Livanda quru əməliyyatının ikinci mərhələsinə başlayıb

İsrail Müdafiə Ordusu (SAXAL) Livanda “Hizbullah”ın raket imkanlarını məhv etmək məqsədi daşıyan quru əməliyyatının ikinci mərhələsinə başlayıb.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti ordudakı mənbələrə istinadən məlumat yayıb.

“Livanın cənubunda quru əməliyyatının ikinci mərhələsi başlayıb, əməliyyatın məqsədi “Hizbullah”ın raket silahlarını məhv etmək, həmçinin terror təşkilatına əlavə təzyiq göstərməkdir”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, SAXAL qüvvələri hərəkatın silah anbarlarını məhv edərək, təkcə Livanın cənubunda deyil, Beyrut və Bekaa vadisində də fəaliyyət göstərir. Bundan əlavə, son bir ay ərzində “Hizbullah”ın İsrail ərazisinə 90-a yaxın PUA buraxdığı və onların əksəriyyətinin ələ keçirildiyi vurğulanır.

Hesabatda həmçinin qeyd olunur ki, İsrailin şimalına hücum Livanda SAXAL qüvvələrinin hələ fəaliyyət göstərmədiyi ərazilərdən həyata keçirilib.

Xatırladaq ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkəni havadan bombalamağa davam edir.

Seçilən
16
14
medianews.az

8Mənbələr