AZ

Opta Premyer Liqanın favoritini açıqlayıb

İngiltərə Premyer Liqasının favoritləri bəlli olub.

İdman.biz xəbər verir ki, Opta statistik platformasına məxsus superkompüter komandaların şanslarını açıqlayıb.

“Liverpul” aşkar favorit hesab edilir. Mersisaydlıların çempionluq şansı 60,3 faizdir.

“Mançester Siti”də bu rəqəm 34,3-ə bərabərdir. “Arsenal”ın 5, “Çelsi”nin 0,3 faiz şansı var. Digər komandaların ümumi çempionluq ehtimalı 0,1 faizdir.

Qeyd edək ki, 11 turdan sonra “Liverpul” 28 xalla 1-ci yerdə qərarlaşıb. “Mançester Siti”nin 23, “Çelsi”nin 19 xalı var.

İdman.biz

Seçilən
49
2
idman.biz

3Mənbələr