“Sabah” basketbol klubu bu gün avrokubokda növbəti matçına çıxacaq.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu FİBA Avropa kubokunun sonuncu - VI turunda İsveçdə “Nörçöppinq”in qonağı olacaq.
Qarşılaşma Rimas Kurtinaytisin yetirmələri üçün formal xarakter daşıyacaq. Təmsilçimiz oynadığı 5 matçın hamısında məğlub olduğu üçün qrupdan çıxmaq şansını itirib. Komandamız Bakıda 70:74 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışacaq.
Qeyd edək ki, G qrupunun digər oyununda liderlik uğrunda “Marussi” “Spirou” ilə qarşılaşacaq.
FİBA Avropa kuboku
G qrupu, VI tur
13 noyabr
22:00. “Nörçöppinq” (İSveç) - “Sabah”
Hakimlər: Ritvars Helmsteins (Latviya), Karol Kovalski (Finlandiya), David Tomasson (İSlandiya)
Nörçöpinq, Stadium Arena
1 | Spirou | 5 | 5 | 0 | 429-389 | 10 |
2 | Marussi | 5 | 3 | 2 | 403-374 | 8 |
3 | Nörçöppinq | 5 | 2 | 3 | 399-430 | 7 |
4 | Sabah | 5 | 0 | 5 | 360-398 | 5 |
İdman.biz