AZ

Trampın prezidentliyi Azərbaycanı gücləndirəcək, Ermənistanı isə zəiflədəcək – “The New York Times”

Trampın prezidentliyi Azərbaycanı gücləndirəcək, Ermənistanı isə zəiflədəcək.

interpress.az xəbər verir ki, bu barədə “The New York Times”ın analitik məqaləsində deyilir.

Ermənilər qorxurlar ki, Trampın İrana qarşı sərt siyasəti onların ölkəsinə zərbə vura və Azərbaycanı gücləndirə bilər.

Qeyd olunur ki, İran və İsrail arasında genişmiqyaslı müharibə baş verərsə, Tehran Ermənistanı daha az müdafiə edə biləcək.

Nəşr eyni zamanda yazır ki, Aİ neftinin böyük hissəsini Azərbaycandan alan, bu ölkəyə silah satan və onunla sıx əlaqələrdə strateji əhəmiyyət kəsb edən İsrail üçün Bakının əhəmiyyətini anlayır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
42
interpress.az

1Mənbələr