AZ

COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu müzakirə olunub

COP29-da

“Bakı Politoloqlar Klubu” İctimai Birliyi COP29 çərçivəsində "Yaşıl Zona"da yerləşən Milli QHT Forumu pavilyonunda iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda panel müzakirəsi keçirib.Müzakirələrdə “Davamlı inkişaf və iqlim dəyişmələri”, "Əhalinin ekologiya üzrə maarifləndirilməsi", "Gənclər arasında davamlı inkişaf və ekologiyanın təmiz saxlanılmasının təbliği" kimi mövzular üzrə çıxışlar edilib.“Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov bildirib ki, bu məsələlər qlobal məzmun kəsb edir və beynəlxalq diqqət tələb edir. Ekspert Elşən Əhmədov dünyada davamlı inkişaf, ekoloji çağırışlar və iqlim dəyişmələri ilə əlaqədar təqdimat edib. Konfransda Azərbaycanın dünyadakı çağırışlarla bağlı yanaşmalarına xüsusi toxunulub.Panelin yekununda iştirakçıların sualları cavablandırılıb.

Diqqət Çəkənlər

COP29 çərçivəsində "Şəfəq" Günəş Elektrik Stansiyasının təməli qoyulub, sənədlər imzalanıb

Salyanda ev yanıb

13 noyabrın hava proqnozu açıqlanıb

Seçilən
8
14
ulusum.az

10Mənbələr