AZ

Tramp Maskı bu vəzifəyə gətirir - Özü açıqladı

Amerikalı iş adamı Elon Mask mühafizəkar fəal Vivek Ramasvami ilə birlikdə yeni yaradılmış “Hökumət Effektivliyi Departamenti”nə (DOGE) rəhbərlik edəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ prezidenti seçilən Donald Tramp bildirib.

“Bu iki böyük amerikalı birlikdə mənim Administrasiyamda hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentlikləri yenidən strukturlaşdırmaq üçün yol açacaq”, - Tramp deyib.

Xatırladaq ki, Elon Mask Trampın seçki kampaniyasına 200 milyon dollardan artıq vəsait xərcləmişdi.

"AzPolitika.info"

Seçilən
97
azpolitika.info

1Mənbələr