AZ

Peruda şiddətli yağışlardan sonra 30 bina dağılıb

Perunun qərbindəki Huanuko şəhərinə bazar ertəsi yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, küçə və prospektlərin su altında qaldığı şəhərdə avtomobilləri sel suları aparıb. Sel və sürüşmə nəticəsində 30 ev dağılıb, 300 ailə isə zərər çəkib.

Peru hökuməti güclü yağışların yaratdığı dağıntılara görə fövqəladə vəziyyət elan edib. İnşaat texnikası ilə təmizlik işlərinə başlanılan sel bölgəsində dağıntıların çıxarılması və ailələrə yardımların çatdırılması orduya həvalə edilib.

Cəmalə
Seçilən
34
azxeber.com

1Mənbələr