AZ

ÜST rəhbəri: Bu səbəbdən hər il 7 milyon insan ölür

İqlim böhranının həm də sağlamlıq böhranı olduğunu dediyimi bir çoxunuz eşitmişiniz. Mesajım hər kəsə çatana qədər mənə bunu söyləməyə davam edəcəyəm.

Bakupost.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus COP-29 çərçivəsində keçirilən panel iclasında deyib.

O bildirib ki, sadəcə iqlimin dəyişməyinə görə yox, həm də iqlimin insan sağlamlığına təsirinə görə burada, COP29-dadırlar.

Baş direktorun sözlərinə görə, temperaturun yüksəlməsi ürək-damar xəstəliklərinə səbəb olur və yoluxucu xəstəliklərin yayılmasına təkan verir.

“Havanın çirklənməsi hər il 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. İqlim dəyişikliyi həm də uşaqların ana bətnində və erkən yaşlarında inkişafına zərər verən qida çatışmazlığına səbəb olur”, - o əlavə edib.

ÜST Baş direktoru qeyd edib ki, insan sağlamlığı iqlim fəaliyyəti üçün ən inandırıcı arqumentdir: “İqlim fəaliyyəti sağlamlıq üçün və bundan irəli gələn sosial-iqtisadi faydalar təmin edir. Məsələn, qalıq yanacaqlardan istifadənin aradan qaldırılması havanın keyfiyyətini yaxşılaşdıracaq və hazırda ildə 7 milyon insanın ölümünə səbəb olan havanın çirklənməsi səbəbindən xəstəlik və ölüm hallarını azaldacaq”.
Seçilən
44
10
bakupost.az

10Mənbələr