AZ

COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan "yaşıl enerji dəhlizi"nin yaradılması üzrə saziş imzalayıblar

Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"COP29-un regional və transregional səviyyədə mühüm nəticələrindən biri Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı sənədin imzalanmasıdır. Layihə həmçinin Qara dəniz enerji kabeli ilə əlaqələndiriləcək. Yeni "yaşıl enerji dəhlizi" yaradılmaqdadır", - H. Hacıyev vurğulayıb.

Yet one of the important deliverables of COP 29 at the regional and trans regional level. Azerbaijan, Kazakhstan and Uzbekistan signed MOU on development and transmission of renewable energy along the Caspian Sea. The project will also be linked with the Black Sea energy cable.… pic.twitter.com/12dniMP3JT

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 13, 2024

Seçilən
42
24
missiya.az

10Mənbələr