AZ

Pakistanda toydan qayıdanların avtobusu çaya aşdı

Pakistanın şimalında salonunda 27 sərnişini olan avtobus Hind çayına aşıb, nəticədə 14 nəfər ölüb.

Bu barədə “Reuters” xəbər verib.

Məlumata görə, hadisə zamanı sərnişinlərdən 12-si itkin düşüb, daha 1 nəfər xəsarət alıb.

Hakimiyyət orqanlarının nümayəndələri bildiriblər ki, qəza sürət həddinin aşılması və sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəbindən baş verib. Yerli “Geo” telekanalının məlumatına görə, avtobusun sərnişinləri toy mərasiminin iştirakşıları olub.

Seçilən
21
6
korrespondent.az

8Mənbələr