Noyabrın 20-də COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.
“İki sahil” xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, dəyirmi masada şəhər nəqliyyatının davamlılığını artırmaq məqsədilə həmin sistemlərin milli, regional və lokal planlama çərçivələrinə inteqrasiya strategiyalarının ətraflı müzakirəsi planlaşdırılır.