AZ

Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu

Müğənni və iş adamı Emin Ağalarov 1,7 milyon rublluq ( təxminən 300 min manat) məhkəmə davasında qalib gəlib.

Publika.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Zvezdach Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, 16 saylı Çörək Zavodu Səhmdar Cəmiyyətinin inşaatçısı məhkəməyə müraciətindən imtina edib. İddiaçıya 54 min 755 rubl məbləğində rüsum qaytarılıb.

Oktyabrın 9-da ixtisaslaşmış inşaatçı müğənni və sahibkar Emin Ağalarova məxsus “Krokus Fitness” MMC-ni məhkəməyə verib.

Seçilən
50
8
publika.az

9Mənbələr