AZ

TERROR AKTI: Avtomobilin partlaması nəticəsində bir nəfər ÖLDÜ – FOTO/VİDEO

Rusiyada avtomobilin partlaması nəticəsində bir nəfər ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Sevastopolda avtomobilin partlaması nəticəsində bir nəfər ölüb.

Sürücü içəridə olub, onuı xilas edə bilməyiblər. Ölən hərbçidir.

İlkin məlumata görə, faciəyə səbəb əldəqayırma partlayıcı qurğu olub.

İlkin məlumata görə, partlamış avtomobildə Qara Dəniz Donanmasının 41-ci raket gəmiləri briqadasının qərargah rəisi, 1-ci dərəcəli kapitan Valeri Trankovski olub.

47 yaşlı zabit, Sankt-Peterburq Hərbi Dəniz Akademiyasının məzunudur. 2023-cü ilin dekabrından o, Ukrayna siyahılarındadır. İstintaq əsas versiya kimi sifarişli qətli nəzərdən keçirir.

İstintaq Komitəsinin məlumatına görə, Sevastopolda avtomobilin partlaması nəticəsində həlak olan hərbçiyə qarşı terror aktı ilə bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
40
interpress.az

1Mənbələr