AZ

Rusiyadakı azərbaycanlılar üçün təhlükə yox, fürsət: “Onları Qarabağa gətirib...”

Rusiyada miqrant uşaqları üçün məktəbə qəbul zamanı rus dili imtahanın məcburi tətbiqi təklif olunub. 

Bu təkliflə Rusiya Dövlət Dumasınım “Yeni insanlar” fraksiyası çıxış edib. Parlamentarilər məktəbə qəbul zamanı miqrant uşaqlar üçün məcburi rus dili imtahanının tətbiqini təklif edir. 

“Bu, müəllimlərin üzərinə düşən yükün azaldılmasına və tədris prosesi zamanı bütün şagirdlər üçün bərabər şəraitin yaradılmasına kömək edəcək. Əgər uşaq hazırda rus dilində kifayət qədər danışmırsa, onun bu imtahana hazırlaşmaq üçün bir ili var. Üstəlik, rus dilinə hazırlıq vergi ödəyicilərimizin hesabına yox, məhz valideynlərin hesabına aparılmalıdır. 

Biz həmçinin miqrantlar üçün imtahanı çətinləşdirmək, ona şifahi hissənin əlavə olunması təşəbbüsü ilə Təhsil və Elm Nazirliyinə müraciət etmişik. Çünki dil bilmək inteqrasiyanın əsasını təşkil edir”, - deyə "Yeni insanlar" fraksiyasından olan deputat Kseniya Qoryaçeva bildirib. 

Ümumiyyətlə, son zamanlar Rusiyada miqrantlarla bağlı qərarlar xeyli sərtləşdirilib. Bu isə qonşu ölkədə yaşayan miqrantların gələcəyini sual altında qoyur.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Rusiyada miqrant siyasəti sərtləşdirilir:

"Gələcəkdə də bu siyasətin daha da sərtləşəcəyi gözləniləndir. Bu, Rusiyada fəaliyyət göstərən miqrantlara mənfi təsir göstərəcək. Azərbaycanlı miqrantlardan da  bu mənfi təsir yan ötməyəcək”. 

Ekspert bildirib ki, bu məsələni təhlükə kimi deyil, fürsət kimi dəyərləndirmək olar: 

“Rusiyadakı azərbaycanlı miqrantların geri qaytarılması və işğaldan azad edilmiş ərazilərdə yerləşdirilərək iqtisadi fəaliyyətlə məşğul olmaları daha məntiqli görünür. Bu, ölkə üçün daha xeyirli ola bilər". 

Seçilən
46
cebheinfo.az

1Mənbələr