AZ

Türkiyəyə BRICS-in tərəfdaş ölkəsi olmaq təklif edilib

Türkiyəyə BRICS-in tərəfdaş ölkəsi olmaq təklif edilib. Bu barədə noyabrın 13-də ölkənin ticarət naziri Ömər Bolat məlumat verib. 

Xəbəri “İzvestiya.ru” yayıb. 

“BRICS Şərq-Qərb qütbləşməsini xatırladır. Təşkilatın populyarlığı getdikcə artır. Türkiyənin üzvlük statusu ilə bağlı Türkiyəyə assosiativ üzvlük təklif olunub. Bu, BRICS-ə keçid prosesidir”, - deyə nazir Türkiyənin “A Haber” telekanalına bildirib.

Bolat qeyd edib ki, bütün əsas qlobal platformalarla əməkdaşlıq Ankaraya fayda gətirəcək.

Bundan əvvəl, noyabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyyət” qəzetinə müsahibəsində bildirib ki, Rusiya çoxqütblü dünyanı qorumaq və inkişaf etdirmək üçün Türkiyə ilə BRICS əlaqələrini gücləndirməyə tərəfdardır. O, Türkiyənin birliyin gələcək inkişafına mühüm töhfə verməyə qadir olduğunu bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
45
23
xalqqazeti.az

10Mənbələr