AZ

"Estoniya millisinə qalib gəlmək məcburiyyətindəyik" - Aslan Kərimov

Millətlər Liqasının əvvəlki 4 oyununda məğlub olan Azərbaycan millisi növbəti matçını noyabrın 16-da Estoniyaya qarşı keçirəcək. Bu rəqibinə Estoniyadakı qarşılaşmada uduzan (1:3) seçmənin Qəbələdəki oyunda nə ilə yadda qalacağı maraq doğurur. Millinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizdən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Təbii ki, Estoniya millisinə qalib gəlmək məcburiyyətindəyik. Çünki yığma birinci oyunda bu komandadan 1:3 hesablı gözlənilməz məğlubiyyət alıb. Həmin matçda 90 dəqiqə meydanda dominantlıq edən tərəf olsaq da, rəqibə asan əks-hücum imkanları verdik. Estonlar oyun ərzində 3-4 əks-hücum şansı qazandılar və bundan böyük effektivliklə faydalandılar. Bu dəfə rəqibə belə imkanlar verməməli, hücuma çıxarkən daha diqqətli davranmalıyıq. Onların standart vəziyyətlərdən inamla yaralandıqlarını da vurğulamalıyıq. Məncə, müəyyən məqamlarda daha ehtiyatlı davransaq, Qəbələdəki görüşü qələbə ilə başa vurmaq iqtidarındayıq".

Nihat

Seçilən
29
fanat.az

1Mənbələr