AZ

Bruno Fernandes təyyarədə huşunu itirmiş sərnişini xilas edib

“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes təyyarə uçuşu zamanı huşunu itirmiş sərnişinin xilasına kömək edib.

Arena.az bu barədə “Business Cloud” dərgisinə istinadən məlumat verir.

Hadisə Mançesterdən Lissabona uçan təyyarədə baş verib.

“Uçuş zamanı Bruno təyyarənin arxasındakı ayaqyoluna keçdi. Birdən, biz kömək üçün fəryad eşitdik, səsin yayıldığı civarda isə hamı arxaya çevrildi və Brunonun, huşunu itirmiş kimi görünən bir cənabı qucağında tutduğunu gördük.

Təyyarə heyətinin üzvləri köməyə tələsdilər. Salonun arxasında boş oturacaq vardı, Bruno bu cənabı yerləşdirməyə kömək etdi. Yaxşı olduğuna əmin olmaq üçün onun yanında qaldı. Bu, təxminən 5-10 dəqiqə davam etdi. Bruno daha sonra öz yerinə qayıtdı, özünü isə çox təvazökar aparırdı. O, diqqəti özünə cəlb etmək istəmirdi”, deyə eyni uçuşda olan sərnişin Süzanna Louson nəql edib.

Portuqal hücumameylli yarımmüdafiəçi Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib.

Fernandesin “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 17 oyun keçirib, 4 qol vurub, 7 məhsuldar ötürmə verib.

Fernnandesin “Mançester Yunayted” karyerası ümumilikdə 250 oyun, 83 qol və 73 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 75 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 24 qol vurub, 22 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı portuqal hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
33
arena.az

1Mənbələr