AZ

Bir loxması qan təzyiqini artırır: Ölümlə nəticələnə bilər - 2

Dünyada ən çox rast gəlinən xəstəliklərdən olan hipertoniya (yüksək qan təzyiqi) asemptomatik və gizli şəkildə baş verə biləcəyi üçün səssiz ölümə də səbəb ola bilər.

News24.az xəbər verir ki, yüksək qan təzyiqi nəzarət altına alınmadıqda bəzi xəstəliklərin də yolunu aça bilər. Hipertoniya bir çox ürək-damar xəstəliklərinə, böyrək xəstəliklərinə, beyin qanaması kimi serebrovaskulyar hadisələrə, erkən yaşlarda ölümə və nəzarətsiz qaldıqda əlilliyə səbəb ola biləcəyi üçün xalq sağlamlığı üçün mühüm təhlükədir.

Yüksək qan təzyiqinin qarşısını almaq üçün sağlam qidalanmanı vərdiş halına gətirməlisiniz. Yüksək təzyiq, piylənmə, şəkər xəstəliyi, qidalanma, dərman istifadəsi, oturaq həyat tərzi və stress kimi bir çox faktorun qan təzyiqi ilə birbaşa əlaqəli olduğunu söyləmək olar.

QAN TƏZYİQİNİ ARTIRAN QİDALAR

Sağlam bədənə sahib olmaq və xroniki xəstəliklərin qarşısını almaq üçün sağlam qidalanmaya diqqət etməlisiniz. Bəzi qidalar bədəninizin sağlamlığına mənfi təsir göstərə və yüksək təzyiqə səbəb ola bilər.

  1. Tərkibində kofein olan içkilər
  2. Duzlu qidalar
  3. fast food məhsulları
  4. şirniyyatlar
  5. Həddindən artıq çay istehlakı
  6. Marqarin və digər yağlar
  7. Tez-tez spirt istehlakı
  8. delikates məhsulları

(Bu məqalə yalnız ümumi məlumat məqsədləri üçün yazılmışdır və tibbi məsləhət kimi qəbul edilməməlidir.)

Günel Məlikzadə

Seçilən
57
news24.az

1Mənbələr