AZ

Felipe Paullier: Gənclərin birgə əməkdaşlığına daimi dəstək göstərməyə hazırıq

BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier BMT-nin qlobal ofisi olaraq, gənclərin birgə əməkdaşlığına daimi dəstək göstərməyə hazır olduqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier noyabrın 13-də Bakıda COP29 çərçivəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşdə deyib.

Nazir qonağa Azərbaycanda gənclər üçün yaradılmış şərait, eləcə də həyata keçirilən gənclər siyasəti barədə məlumat verib.

F.Paullier isə BMT-nin gənclərlə bağlı siyasətlərinin daha da inkişaf etdirilməsi və gənclərin beynəlxalq səviyyədə qərarların qəbul edilməsində iştirakını artırmaq üçün birgə səylərin vacibliyini və BMT-nin qlobal ofis olaraq, gənclərin birgə əməkdaşlığına daimi dəstək göstərməyə hazır olduqlarını bildirib.

Görüşdən sonra qonaq Gənclər və İdman Nazirliyinin COP29-un "Yaşıl Zona"sında fəaliyyət göstərən Gənclər Evi pavilyonunu da ziyarət edib.

Qeyd edək ki, əsas məqsədi gənclərin iqlim dəyişmələri ilə mübarizədə rolunun artırılması və Azərbaycan gəncləri ilə daha sıx əməkdaşlığın növbəti addımlarının müzakirəsi olan görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva da iştirak edib.

Seçilən
28
1
operativmm.az

2Mənbələr