“Reuters” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətləri tamamilə kəsdiyini açıqlayıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Biz Türkiyə Respublikasının dövləti və hökuməti olaraq İsraillə əlaqələrimizi kəsmişik. Hazırda bizim İsraillə heç bir əlaqəmiz yoxdur”, - deyə o vurğulayıb.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə gələcəkdə İsraillə əməkdaşlığı inkişaf etdirmək üçün addım atmayacaq. Bu mövqe Təl-Əvivin Qəzza zolağında 2023-cü ilin oktyabrında başlayan hərəkətlərini pisləməkdən irəli gəlir. Türkiyə İsraili fələstinli mülki əhalinin qətliamında ittiham edir.
Mayın əvvəlində Türkiyənin Ticarət Nazirliyi İsraillə ticarəti tamamilə dayandırdığını bəyan edib. Əvvəllər Ankara 54 alt qrup malların ixracını məhdudlaşdırırdı, lakin bu, İsrail Ordusunun (SAXAL) Qəzzada döyüşləri davam etdirməsinə mane olmadı.
Almaz Həsənli