AZ

U-17 millimiz Macarıstana 4 cavabsız qolla uduzdu

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi (U-17) Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, 6-cı qrupda yer alan yığmamız Macarıstanla üz-üzə gəlib.

Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda təşkil olunmuş qarşılaşmanı moldovalı baş hakim idarə edib.

İlham Yadullayevin rəhbərlik etdiyi U-17 millimiz bu oyunda 4 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsi çərçivəsində Yunanıstan və Rumıniya yığmaları ilə də qüvvəsini sınayacaq. Bu görüşlər noyabrın 16-da və 19-da baş tutacaq.

AÇ-2025-in seçmə mərhələsi
6-cı qrup
13 noyabr

Macarıstan – Azərbaycan 4:0
Hakimlər: Yon Orlik, Vadim Vikol (hər ikisi Moldova), Adrian Vorniku, Vlad Baban (hər ikisi Rumıniya).
Tunari, “Tunari” stadionu.

Seçilən
19
2
arena.az

5Mənbələr