Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, VI qrupda yer alan komanda Macarıstanla üz-üzə gəlib.
Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda reallaşan görüş təmsilçimizin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, İlham Yadullayevin çalışdırdığı kollektiv noyabrın 16-da Yunanıstanla, bundan 3 gün sonra isə Rumıniya ilə münasibətlərinə aydınlıq gətirəcək.