AZ

COP29-un yüksək səviyyədə keçiriməsi Azərbaycana olan münasibətin göstəricisidir

Bu gün dünya ölkələrinin  Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ən yüksək səviyyədə iştirakı beynəlxalq aləmin Azərbaycana və  Prezident İlham Əliyevə olan yüksək münasibətin və hörmətin göstəricisidir. 
Bunu "Olaylar"a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, 196 ölkədən 70 mindən artıq nümayəndənin COP29-da iştirakla bağlı  qeydiyyatdan keçməsi, eyni zamanda bunlar arasında 80 ölkənin prezidenti, baş naziri və vitse-prezidentinin olması  tədbirin Bakıda keçiirlməsini boykot edənlərə layiqli cavab idi: "Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik.  Bəzi Qərb ölkələri, xüsusən də Fransa başda olmaqla və onların nəzarətində olub özünü müstəqil QHT adlandıranların, bəzi siyasətçilərin ölkəmiz haqqında  dezinformasiyaya əsaslanaraq ölkəmiz haqqında iftira atıb qarayaxma kampaniyasında yarışa girdilər. Amma  sonda onların bütün bu cəhdləri cənab Prezident İlham Əliyevin uğurlu diplomatik siyasəti nəticəsində  COP29-u boykot edənlərin fəaliyyəti puça çıxdı. Çünki dünya dövlətləri də bu boykotu təvşiq edən ölkələrin kim olduğunu yaxşı bilir. Dünya ölkələri Bakıda keçirilən COP29-da iştirak etməklə onlara layiqli cavablarını vermiş oldu. Onlar bir daha Azərbaycanın hansı gücə malik olduğunu gördülər".
 COP29-un tarixi əhəmiyyətindən danışan deputat bildirib ki, bu, Azərbaycanın dünyadakı nüfuzunun və mövqeyinin möhkəmlənməsi, o cümlədən qarşıya qoyduğu hədəflərə nail olmaq baxımdan mühüm əhəmiyyət kəsb edir: "Əminəm ki, cənab Prezident İlham Əliyevin  liderliyi altında Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə ciddi rol oynayan ölkə olmaqla yanaşı, yaşıl iqtisadiyyata və yaşıl enerjiyə keçiddən də ölkəmizin gələcək  dayanıqlı inkişafı baxımdan qarşıya qoyulan hədəflərə nail olunacaq.  Çünki Azərbaycanın təşəbbüsü ilə bölgədə  neft-qaz, nəqliyyat, iqtisadi  və kommunikasiya sahəsində iri layihələrə həyata keçirilib. Şimalla Cənubun, Qərblə Şərqin qovşağında yerləşən Azərbaycan yaşıl enerji potensialından faydalanaraq   Avrasiya coğrafiyasında çoxtərəfli əməkdaşlıq formatı yarada biləcək. Azərbaycan  inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə vermək üçün Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurmağa nail ola biləcək. Bunun üçün Azərbaycanın həm praktikası olmaqla yanaşı,  bu missiyanı həyata keçirmək üçün böyük potensiala malikdir. Azərbaycan belə bir əlaqələndirici əmkdaşlıq formatını yaratmaqla həm yaşıl enerji ixracatçısı. həm də  tranzit ölkə olacaq. Bu da nəticə etibarı ilə Azərbaycanın  iqtisadi cəhətdən güclənib dünyanın nüfuzlu, inkişaf etmiş ölkələrindən birinə çevrilməsinə imkan yaradacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
50
olaylar.az

10Mənbələr