AZ

Edi Rama: "Qlobal emissiya ildən-ilə artır, iddialı hədəflər isə təxirə salınır"

Qlobal emissiya ildən-ilə artmağa davam edir, dünyada getdikcə daha çox parçalanma və anlaşılmazlığın müşahidə olunduğu bir vaxtda isə iddialı hədəflər təxirə salınır.

AZXEBER.COM xəbər verir ki, bunu Albaniya Baş naziri Edi Rama BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Albaniya bu gün elektrik enerjisinin 100 %-ni bərpa olunan mənbələrdən alır və ölkələri iqlim məsələlərində daha məsuliyyətli olmağa çağırıb.

\"Karbon emissiyaları əvvəlki tərəflər konfransından indiyə qədər artıb. İddialı hədəflər yenə təxirə salınır. Dünyada isə getdikcə daha çox parçalanma və anlaşılmazlıq müşahidə olunur. Lakin böyük çirkləndiricilərin həmişəki kimi davranmağa davam etməsi dünyanın gələcəyinə necə təsir edəcək? Bu gün Avropada və bütün dünyada baş verənlər nikbin proqnozlar verməyə imkan vermir\", - nazir qeyd edib.
Seçilən
33
2
azxeber.com

3Mənbələr