COP29 konfransının təşkilindən çox təsirləndim. Belə bir tədbiri təşkil etmək üçün nə qədər səy göstərməli olduğunuzu təsəvvür belə edə bilmirəm. Mən Azərbaycan hökumətini belə heyrətamiz iş gördüyünə görə alqışlayıram.
Bunu ABŞ-ın Alyaska Beynəlxalq İctimai Hərəkatının prezidenti Marina Ovtsynova deyib.
Alyaska Beynəlxalq İctimai Hərəkatının çox böyük bir təşkilat olduğunu bildirən Marina Ovtsynova əlavə edib: “Əsas fəaliyyətimiz iqlim dəyişikliyinin səbəblərini və nəticələrini dərindən araşdırmaq, cəmiyyətin bütün təbəqələrini bu qlobal problem ətrafında maarifləndirmək və həmçinin planetimizi qorumaq üçün alimlərin, tədqiqatçıların və könüllülərin bir araya gəldiyi güclü əməkdaşlıq platforması yaratmaqdan ibarətdir. Bizim məqsədimiz davamlı və sağlam gələcək naminə hər kəsin bu səylərə qatılmasını təşviq etmək, iqlim dəyişikliyi ilə mübarizədə yeni həll yollarının işlənib hazırlanmasına və ictimaiyyətin bu məsələ ilə bağlı şüurunun artmasına töhfə verməkdir”.
Azərtac