AZ

Qırğızıstanda hakimiyyəti ələ keçirməyə cəhd edilib?

Noyabrın 12-də axşam saatlarında Qırğızıstan Daxili İşlər Nazirliyi ölkədə dövlət çevrilişinə cəhd edildiyini bildirib. Məlumata görə, cəhddə iştirak etmiş qruplaşmanın yeddi üzvü saxlanılıb. Onlar ölkədə kütləvi iğtişaşların hazırlanmasında və hakimiyyətin zorakılıqla ələ keçirilməsində ittiham olunurlar. Həbs olunanlar arasında Qırğızıstan vətəndaşları və əcnəbilər (vətəndaşlığı dəqiqləşdirilməyib) olub.

Müstəntiqlərin fikrincə, iş üzrə təqsirləndirilən şəxslər Bişkekdə idman yarışları keçirmək adı altında “seçki günü hakimiyyətin növbəti zorakılıqla ələ keçirilməsi üçün konstitusiyaya zidd tələblər irəli sürməyi və sabitliyi pozmağı” planlaşdırıblar. Axtarış zamanı saxlanılan şəxslərin üzərindən silah-sursat və Kütləni sərxoş etmək üçüm min şüşə araq aşkar edilib. 

Noyabrın 17-də Qırğızıstanda bələdiyyə şuralarına seçkilər keçirilməlidir.

RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Qırğızıstan hakimiyyəti ölkədə asayişi təmin etmək üçün “lazım olan hər şeyə malikdir”. O, Qırğızıstanda hakimiyyəti zorakılıqla ələ keçirməkdə şübhəli bilinən bir qrup şəxsin saxlanılması ilə bağlı yayılan məlumatı belə şərh edib: “Biz əminik ki, Qırğızıstan rəhbərliyi ölkədə nizam-intizam və qanunçuluğu təmin etmək üçün lazım olan hər şeyə malikdir”. 

O qeyd edib ki, Rusiya və Qırğızıstanın təhlükəsizlik qüvvələri arasında “daimi təmaslar” var, Rusiya tərəfi baş verənlər barədə “məlumatlıdır”.

P.ƏMİRCANOV
XQ

Seçilən
63
xalqqazeti.az

1Mənbələr