AZ

Hava çirkliliyi kosmosdan da göründü 

Pakistan əhalisinin yarıdan çoxunun yaşadığı Pəncab əyalətini əhatə edən havanın çirklənməsinə NASA Worldview tərəfindən baxılıb.

"Cebheinfo.az" xəbər verir ki, peyk görüntüləri Pəncab üzərindəki nəhəng boz tüstü buludun Hindistanın paytaxtı Yeni Dehliyə qədər uzandığını göstərib.

Hava Keyfiyyəti İndeksinin (AQI) məlumatlarına görə, Pakistanda milyonlarla insanın sağlamlığını təhdid edən hava çirkliliyi "təhlükəli" hesab edilən səviyyəyə çatıb. Pəncab əyalətinin Baş naziri Marriyum Aurangzeb keçirdiyi mətbuat konfransında Lahor, Qucranvala, Faisalabad və Multan şəhərlərində ibtidai və orta məktəblərin noyabrın 17-dək bağlanacağını açıqlayıb.

Səlahiyyətlilər bu şəhərlərdə maska taxmağın məcburi olduğunu vurğulayaraq, əhalini zərurət olmadıqca çölə çıxmamağa çağırıb. Oktyabrın 30-da Pəncab hökuməti Lahorda intensiv hava çirkliliyi olan ərazilərdə havanın keyfiyyətini aşağı salan fəaliyyətlərə məhdudiyyətlər qoyub. 

Seçilən
70
cebheinfo.az

1Mənbələr