AZ

Amerika nəhəngi dörd ilin ən pis nəticəsi ilə üzləşib

Amerikanın aviasiya nəhəngi Boeing Co. şirkəti oktyabr ayında cəmi 14 təyyarə təhvil verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, 2020-ci ildən bəri ən aşağı göstəricidir. İstehsaldakı bu azalmanın əsas səbəbi Boeing işçilərinin kütləvi tətilləridir.

Keçən ay təhvil verilən təyyarələrdən 9-u 737 Max olubŞirkət ay ərzində 63 yeni sifariş alıb.

İlin əvvəlindən Boeing müştərilərə 305, onun əsas rəqibi Airbus isə 559 təyyarə tədarük edib.

Qeyd edək ki, Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər Assosiasiyası (IAM) üzvlərinin sentyabrın 13-dən davam edən tətili ötən həftə başa çatıb. Həmkarlar ittifaqı üzvləri dörd il ərzində təklif olunan maaşın 38 faiz artırılmasına, eləcə də hər bir işçiyə 12.000 ABŞ dolları məbləğində birdəfəlik ödəməyə razılaşıblar.

İlin əvvəlindən şirkətin kapitallaşması 44 faiz azalaraq 108,5 milyard dollar təşkil edib.

Musavat.com

Seçilən
50
musavat.com

1Mənbələr