AZ

Ronaldinyo "Dəniz Mall"da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşdü

Braziliya millisinin və \"Barselona\" klubunun sabiq futbolçusu Ronaldinyo Qauço \"Dəniz Mall\" ticarət mərkəzində yerləşən \"CineMastercard\" kinoteatrında xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirib.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi və 1 saylı Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ilə görüşüb, onlara hədiyyələr təqdim edib və şəkil çəkdirib.

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam saatlarında Azərbaycana gəlib.
 

 

 

 

 


Seçilən
35
25
azxeber.com

10Mənbələr