AZ

Azərbaycanın və Anqolanın XİN-ləri arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır

Noyabrın 12-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Anqolanın Xarici Əlaqələr Nazirliyinin Dövlət katibi Esmeralda Mendonza arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Azərbaycan Respublikası və Anqola Respublikası arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.

Görüşün sonunda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Anqola Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Seçilən
39
14
xalqqazeti.az

10Mənbələr