“Azərbaycan təkcə bu genişmiqyaslı sammitin deyil, həm də burada iştirak edən ölkələr arasında iqlim dialoqunun təşkilində, eləcə də qlobal iqlim böhranından çıxış yolunun tapılmasında da mühüm rol oynayır”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT Baş katibinin müavini, Layihələr Xidməti Ofisinin rəhbəri Xorxe Moreira da Silva deyib:
“Hazırda COP29 Sədrliyinə rəhbərlik edən Azərbaycan təkcə bu genişmiqyaslı sammitin deyil, həm də burada iştirak edən ölkələr arasında iqlim dialoqunun təşkilində, eləcə də qlobal iqlim böhranından çıxış yolunun tapılmasında da mühüm rol oynayır. Çox inanıram ki, həm Azərbaycan tərəfi, həm də COP29 Sədrliyi dünyada karbon emissiyalarının azaldılması yolu, həm də iqlim maliyyəsi adaptiv xarakter daşıyan birgə fəaliyyətin həyata keçirilməsi üzrə razılığa gələ biləcəklər. Hesab edirəm ki, bunun üçün ölkələrin güclü ambisiyalara malik olmalarına ehtiyac var”.
O, 1999-cu ildən bəri keçirilən bütün COP formatlı tədbirlərdə iştirak etdyini xatırladıb: “Bu yüksək səviyyəli tədbirlər daim müzakirə olunan problemlərdən çıxış yollarının tapılmasını hədəfləyir. Həmin problemlər milli deyil, qlobal xarakter daşıyır. O ki qaldı COP29-dan gözləntilərimlə bağlı sualınıza, bu gözləntilər təkcə tərəflər arasında hansısa sənədin imzalanması ilə məhdudlaşmır. Çünki biz təkcə öz ölkəmiz deyil, dünyanın taleyini də düşünməliyik. İqlim dəyişikliyinin zərərli təsirləri burada iştirak edən bütün ölkələri ciddi şəkildə düşündürməlidir Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının nəticələrinə uyğun olaraq yekun sənədin razılaşdırılması deyil, eyni zamanda, 1,5 dərəcə həcmindəki atmosfer hədəfinə nail olmağı hədəfləyirik”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta