İcevan hərbi polisinin intizam batalyonunda erməni hərbçinin asılmış meyiti aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, meyiti aşkarlanan hərbçi Ararat vilayətinin Abovyan kəndindən olan 19 yaşlı Narek Qriqoryandır.
Onun intihar etdiyi bildirilir.
Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü barədə məlumatı təsdiqləyib.
Müəllif: Teleqraf.com