AZ

Hizbullah İsrail MN-in binasını ballistik raketlə vurdu

Hizbullah

2024.11.13 19:42

Hizbullah ilk dəfə olaraq İsrail Müdafiə Nazirliyinin ərazisinə PUA-larla hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərəkatdan məlumat verilib.

“İslami müqavimət döyüşçüləri ilk dəfə olaraq İsrail Müdafiə Nazirliyi və Baş Qərargahı, eləcə də Hərbi Hava Qüvvələrinin komandanlıq qərargahının yerləşdiyi Təl-Əvivdəki Hakirya bazasına bir qrup kamikadze PUA ilə hücum ediblər”, - məlumatda qeyd olunub.

Məlumata görə, Livan sərhədindən 55 km aralıda yerləşən Afula şəhərindəki Amus logistika bazasına da PUA hücumu edilib.

***

Hizbullah Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinin Baş Qərargahına ikinci hücumu həyata keçirib.

İsrail Baş Qərargahı və Hərbi Hava Qüvvələri komandanlığının qərargahının yerləşdiyi Təl-Əvivdəki Hakirya bazasına ikinci hücum “Qədr-2” ballistik raketləri ilə edilib”, - Hizbullahın yaydığı məlumatda qeyd olunub.

Hədəflərin vurulduğu bildirilib.

Seçilən
54
11
xalqcebhesi.az

10Mənbələr