AZ

Emin Əmrullayev Özbəkistanlı nazirlə görüşüb

Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova ilə görüşüb.

APA xəbər verir ki, görüş zamanı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikası Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında birgə proqramların həyata keçirilməsi üzrə 2025-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.

Həmçinin 2 ölkə arasında məktəbəqədər və ümumi təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Seçilən
48
11
sherg.az

10Mənbələr