Gürcüstanın keçmiş prezidenti haqqında başqa cinayət işləri açıldığı üçün indiki prezident tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək. Bunu “İmedi” telekanalına müsahibəsində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri deyib.“Mən bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır və prezidentin əfv etməsi o baxımdan mənasını itirir ki, əgər o (Zurabişvili) belə bir qərar qəbul edərsə, Saakaşvili azadlığa çıxa bilməyəcək. Çünki ona qarşı başqa mühüm işlər də qaldırılıb”, - deyə Kaxa Kaladze bildirib.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Xorvatiya Baş naziri COP29-da inklüziv maliyyə hədəfinə nail olmaq üçün birgə səylərə çağırıb
Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub
Ərdoğan: COP29 çərçivəsində Liderlər Zirvəsində daha çox iqlim dəyişikliyinin maliyyələşdirilməsi müzakirə olunub