AZ

Bələdiyyə sədri barəsində bəraət hökmünün çıxarılmasını istəyir

Bakıda dələduzluq, rəsmi sənədləri saxtalaşdırma, vəzifə saxtakarlığı və vəzifə saxtakarlığında təqsirləndirilən - Sevinc Atayeva, Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib. Şikayət hakim Əfqan Ələkbərovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, cinayət işində zərərçəkmiş qismində Xəzər rayon Şağan bələdiyyəsi və Əliyev Aydın Qulu oğlu tanınıb. Belə ki, 2023-cü ilin iyul ayında həmin bələdiyyənin sədri vəzifəsini icra edən Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər. Sevinc Atayeva Cinayət Məcəlləsinin 308.1 və 313-cü, Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. Sevinc Atayeva həm də Şağan qəsəbəsindəki orta məktəblərdən birində direktor müavini vəzifəsində çalışır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc Atayeva 1 il müddətinə dövlət orqanlarında vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 2 min manat cərimə edilib. Digər şəxslərə də müxtəlif məbləğlərdə cərimə cəzası tətbiq edilib.

 

Kamal Məmmədov

Tarix: 14 Noyabr 2024, 09:00   
Seçilən
14
pravda.az

1Mənbələr