“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis “Norrköping Dolphins”lə oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Avropa Kubokunda qazandıqları qələbəni (83:75) belə şərh edib:
“Qalib gəldiyimiz üçün şadam. Biz bu qələbəyə layiq idik! Təslim olmadıq. İntensiv məşqlərimiz oldu və bəhrəsini bu oyunda gördük. Lakin təəssüf ki, rotasiya ilə bağlı problemlər əvvəlki 3 oyunda təsirini göstərdi. Qələbəyə yaxın olsaq da, yekunda cəmi 1 və 4 xal fərqi ilə uduzduğumuz oyunlar oldu. İsveçdə daha hiyləgər, gücümüzü düzgün bölüşdürərək oynadıq. Bu oyunda komandada irəliləyiş gördüm. Düşünürəm ki, məğlub olduğumuz oyunlara baxmayaraq Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik. Növbəti mövsüm daha güclü olacağıq!”