AZ

Rusiyada sərhəd qaydaları dəyişir

Rusiya hökuməti dekabrın 1-dən əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün biometrik məlumatların təqdim edilməsini nəzərdə tutan yeni eksperimenti təsdiqləyib. Baş nazir Mixail Mişustinin imzaladığı qərara əsasən, eksperiment iki mərhələdə həyata keçiriləcək.

Fins.az xəbər verir ki, birinci mərhələdə, Moskvanın beynəlxalq hava limanları və bəzi sərhəd məntəqələrində 2024-cü ilin dekabrından 2026-cı ilin iyununa qədər əcnəbilərdən biometrik məlumatlar alınacaq. İkinci mərhələdə isə 2025-ci ilin iyunundan 2026-cı ilin iyununa qədər vizasız giriş üçün biometrik məlumatların əvvəlcədən tətbiq vasitəsilə təqdim olunması tələb ediləcək.

Belarus vətəndaşları, diplomatlar və altı yaşına qədər uşaqlar bu tələbdən azad ediləcək. Rusiya Xarici İşlər Nazirliyi bu yenilik barədə digər ölkələrin diplomatik qurumlarını məlumatlandırmaq vəzifəsini daşıyır.
 

Zemfira Ms
Fins.az

               

Seçilən
48
fins.az

1Mənbələr