AZ

BƏƏ enerji strategiyasını yeniləşdirir

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin köməkçisi Abdulla Balalaa dövlətinin 2050-ci ilə qədər enerji strategiyasını yeniləmək niyyətində olduğunu açıqlayıb. Diplomat bu planı COP29 çərçivəsində “Bərpaolunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyi ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi” mövzusunda keçirilən nazirlər səviyyəsindəki dialoq zamanı açıqlayıb.

A.Balalaa, həmçinin yaxın zamanda enerji səmərəliliyini 45 faizə çatdırmaq üçün icrasına başlanılan proqram haqqında da məlumat verib. Xarici işlər nazirinin köməkçisi çıxışında BƏƏ-nin enerji sektorunda tullantıların sıfırlanması istiqamətində mühüm irəliləyişin əldə edildiyini də vurğulayıb.

“Biz şəbəkə emissiya əmsalını daha da azaltmağı hədəfləyirik ki, bu da BƏƏ-ni ən az emissiya olan ölkələrdən birinə çevirəcək. Biz təmiz enerji mənbələrinə iddialı, lakin praqmatik keçiddə nümunə olmağa çalışırıq”, – deyə o, bildirib.

Seçilən
8
5
xalqqazeti.az

6Mənbələr