AZ

Braziliya Prezidenti partlayış zamanı harada olub?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Braziliya Prezidenti Lula da Silva paytaxtda baş verən partlayışlardan əvvəl prezident aparatını tərk edib. Partlayış zamanı o, "Üç hakimiyyət" meydanından 4 km məsafədə yerləşən Alvorada sarayında olub.

Qeyd edək ki, Braziliyada prezident aparatı, parlament və ədliyyə binalarının qarşısında partlayışlar törədilib.

Braziliya Federal Ali Məhkəməsinin yaxınlığında iki partlayış baş verib. İnsanlar binadan təxliyə ediliblər. Bu barədə "Röyter" informasiya agentliyi məlumat yayıb. 

Partlayış "Üç hakimiyyət" meydanında baş verib. Meydanın ətrafında Federal Ali Məhkəmə ilə Milli Konqresin  binaları və Prezidentin iş iqamətgahı yerləşir.

Partlayışlardan sonra Braziliya parlamenti öz iclasını yarımçıq qoyub.

"Correio Braziliense" nəşrinin yazdığına görə, paytaxt Brazilia şəhərindəki partlayış zamanı bir nəfər həlak olub. Həmin şəxs bomba ilə birlikdə məhkəmə zalına daxil olmağa cəhd edirmiş. Fransisko Vanderley Luis adlı şəxs partlayışlardan əvvəl sosial şəbəkələrdə terror aktı törədəcəyi barəsində təhdidlər yazıb.

Partlayışlar zamanı əvvəlcə parlament binasının yaxınlığındakı dayanacaqda Vanderleyin avtomobili yanıb, ardından isə Federal Ali Məhkəmənin qarşısında özü həlak olub. 

Hürr Tərcüman

 

Seçilən
23
hurriyyet.az

1Mənbələr